Bu yolun sağ zolağı ilə hərəkət təhlükəlidir, solla getdikdə isə cərimə yazılır VİDEO
Digərləri 11 Haz 2025 07:07:00 93 0
Respublika əhəmiyyətli avtomagistralın sağ zolağı ilə hərəkət olduqca təhlükəlidir, solla getdikdə isə cərimə yazılır.
Bu haberi de oku: 39 nəfər eyni məclisdə zəhərləndi
Son.az Xəzər TV-yə istinadən bildirir ki, Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsi bir müddətdir ki, yararsız hala düşüb. Yolun əsasən Nəvahi, Pirsaat və Atbulaq kəndləri ərazisindən keçən hissəsində sağ zolaqla hərəkət etmək mümkünsüzdür.
Sürücülər deyirlər ki, yol infrastrukturunda yaranmış nasazlığa görə qəza riski də çoxdur.
Bəs respublikanın əsas magistralından biri olan bu yolun dağılmış asfaltı nə vaxt təmir ediləcək?
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, həmin ərazinin təmirinə ehtiyac var və bunun üçün təkliflər hazırlanıb.