Xəzərdə yeni ada peyda oldu
Digərləri 28 May 2025 12:22:00 108 0
Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşağı düşməsi nəticəsində yeni bir adanın meydana gəldiyini təsdiqləyiblər. Adaya hələlik hər hansı ad qoyulmayıb, lakin bu istiqamətdə iş aparılır.
Bu haberi de oku: İtinə zəncir almaq üçün göz muncuğu oğurladı Həbs edildi
Son.az Trend-ə istinadən bildirir ki, bu haqda Rusiya KİV-ə Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
"REА-nın Okeanologiya İnstitutu, Oİ-nin Xəzər filialı və Astraxan Dövlət Qoruğunun birgə ekspedisiyası zamanı alimlərə Şimali Xəzərdə, Kiçik Mirvari adasından 30 km cənub-qərbdə yerləşən yeni bir adanın mövcudluğunu təsdiqləmək mümkün olub.
Əvvəlcə bu dayazlığın üzə çıxması 2024-cü ilin noyabrında Oİ-nin Xəzər filialının əməkdaşları tərəfindən kosmik görüntülərdə aşkar edilmişdi, lakin adanın varlığına dair məsələ yaxın vaxtlara qədər mübahisəli olaraq qalırdı. Aşkar edilən ada Xəzər dənizinin səviyyəsinin enməsi və Orta Mirvari dayazlığının suyun səthinə çıxması nəticəsində yaranıb", - deyə məlumatda bildirilir.