Nəzrinin ölümündə təqsirləndirilən həkimin məhkəməsinin vaxtı məlum oldu
Digərləri 30 May 2025 15:08:00 101 0
Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə başlanmış cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Bu haberi de oku: Smart tipli dayanacaq niyə işləmir?
Son.az APA-ya istinadən xəbər verir ki, cinayət işi Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.