İtinə zəncir almaq üçün göz muncuğu oğurladı Həbs edildi
Digərləri 29 May 2025 17:42:00 82 0
Göygöl rayonunda itinə zəncir almaq üçün 400 manat dəyərində göz muncuğu oğurlayan şəxs həbs edilib.
Bu haberi de oku: Zaur Qurtsiyev öldürüldü FOTO
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Göygöl rayonunda mal bazarı adlanan ərazidə baş verib.
1978-ci ildə Şəmkir rayonunda anadan olmuş Azər Kərimov (soyad şərti) itinə zəncir almaq üçün Göygöl rayonuna gedib. O, rayonda kafelərin birində yeyib-içdikdən sonra pulu qurtarıb və mal bazarı adlanan ərazidə oğurluq etmək qərarına gəlib.
Azər Kərimov mal bazarı adlanan ərazidə quraşdırılan vitrindən 400 manat dəyərində göz muncuğu və hər birinin dəyəri 10 manat olan 36 ədəd (cəmi 360 manat) dəyərində lotoreya biletləri oğurlayaraq ərazidən uzaqlaşıb.