Ziraat Bank Azərbaycan Şəhid Övladları üçün təşkil olunan “Bilimdən Zəfərə” layihəsinin Gəncə mərhələsinə sponsorluq edib FOTO


Digərləri 30 May 2025 11:15:00 78 0

Ziraat Bank Azərbaycan Şəhid Övladları üçün təşkil olunan “Bilimdən Zəfərə” layihəsinin Gəncə mərhələsinə sponsorluq edib  FOTO

Daima korporativ sosial məsuliyyət layihələrində fəal iştirak edən Ziraat Bank Azərbaycan, 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladlarının bilik və bacarıqlarının inkişafına yönəlmiş "Bilimdən Zəfərə" layihəsinin Gəncə mərhələsinə sponsorluq edib. 

Ziraat Bank Azərbaycanın korporativ sosial məsuliyyət çərçivəsində dəstəklədiyi bu layihə, "YAŞAT" Fondu, "ASAN xidmət"in, "İnnovasiyalar Mərkəzi" və "Bilim Bakı" mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Layihənin icrası Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə gerçəkləşdirilib. 

Layihə çərçivəsində Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonlarından olan 6-14 yaş arası 90-dan çox şəhid övladı üçün müxtəlif sahələrdə- riyaziyyat, təbiət elmləri, dizayn, texnologiya və astronomiya sahələrində interaktiv təlimlər və ustad dərsləri təşkil olunub. Uşaqlar həmçinin qrup şəklində oyunlar, texnolojı praktiki məşğələlər və yaradıcı fəaliyyətlərdə iştirak ediblər.

Bankın sponsorluğu ilə 24 may tarixində həyata keçirilən  "Bilimdən Zəfərə" layihəsinin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarını artırmaqla yanaşı, onlarda elmə maraq yaratmaq, özlərinə olan inamı gücləndirmək və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu.