Rusiya bu ərazilərə hücuma hazırlaşır


Digərləri 30 May 2025 10:59:00 97 0

Rusiya bu ərazilərə hücuma hazırlaşır

Rusiya ordusu tərəfindən Yuxarı Tersa kəndinə hava hücumları həyata keçirilib.

Son.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası məlumat yayıb. 

Hücum zamanı yaşayış evləri hədəf alınıb, nəticədə dağıntılar altında qalanlar olub. İlkin məlumatlara əsasən, 49 yaşlı bir kişi yaralanıb.

Ümumilikdə Zaporojye vilayətinin 20 yaşayış məntəqəsinə 397 zərbə endirilib. Hadisə nəticəsində bir nəfərin həlak olduğu bildirilir. Eyni zamanda, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya tərəfindən buraxılan 45 qanadlı raketi və 266 pilotsuz uçuş aparatını məhv edib.