Bu ölkə ilə viza rejiminin ləğvi
Digərləri 30 May 2025 14:21:00 87 0
Azərbaycan və Çin arasında vizasız gediş-gəliş razılaşdırılıb.
Bu haberi de oku: Yevlaxda 13 yaşlı qızla ərarvad kimi yaşayan şəxs həbs edildi
Milli Məclis Azərbaycan və Çin arasında ümumvətəndaş pasportuna sahib olan şəxslərin vizadan qarşılıqlı azad olunmasına dair sazişi təsdiqləyib.
Müvafiq qanun layihəsi bu gün parlamentin plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Saziş bu il aprelin 23-də Pekində imzalanıb.
Sənədə əsasən, hər iki ölkənin vətəndaşları vizasız şəkildə qarşı tərəfin ərazisinə daxil ola və hər dəfə maksimum 30 gün olmaqla, ardıcıl 180 gün ərzində ümumilikdə 90 günə qədər qala biləcəklər. Saziş yalnız qısa müddətli səfərlərə şamil olunur.