"BMW"nin bu modelini cəmi 70 nəfər ala biləcək FOTO
Digərləri 30 May 2025 12:20:00 89 0
"BMW" yalnız 70 ədəd istehsal ediləcək "Speedtop" adlı xüsusi konsept avtomobilini İtaliyada keçirilən beynəlxalq tədbirdə təqdim edib.
Bu haberi de oku: Yolda satılan bu məhsulu qəti yeməyin
Son.az xəbər verir ki, dünyanın ən prestijli avtomobil tədbirlərindən olan "Concorso d'Eleganza Villa d'Este 2025" festivalında BMW Grupu "Speedtop" konsepti ilə çıxış edib. Həm idman, həm də səyahət avtomobili kimi təqdim edilən model "shooting brake" dizayn üslubunun yeni nümunəsi hesab olunur.
BMW Dizayn Qrupunun rəhbəri Adrian van Hooydonk bu avtomobilin zövqlü müştərirlərdən gələn rəylər əsasında hazırlandığını və yalnız 70 ədəd limitli şəkildə istehsal ediləcəyini açıqlayıb.
Avtomobilin V formalı ön hissəsi, köpəkbalığından ilhamlanan dizayn xətləri və 14 çıxıntılı xüsusi disklər onun xarici görünüşünü daha da cəlbedici edir. Salon dizaynında istifadə olunan dəri yalnız bu model üçün hazırlanıb. Baqaj hissəsi də dəri ilə örtülüb və avtomobil tam stil ikonuna çevrilib.