Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: Yeni şərt
Digərləri 30 May 2025 12:16:00 97 0
Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının deputatları əmək miqrantlarının ölkəyə daxil olarkən qanun pozuntusu halında deportasiya xərclərini qarşılayacaq depozit qoymasını təklif ediblər.
Bu haberi de oku: 5ci uşağı ölü doğuldu
Son.az TASS-a istinadla xəbər verir ki, deputatlar bu təşəbbüslə Daxili İşlər naziri Vladimir Kolokoltsevə məktub ünvanlayıblar.
Təklifə əsasən, ölkəyə daxil olan hər bir əmək miqrantı "geri-dönüş bileti" prinsipinə uyğun olaraq depozit qoymalıdır. Bu depozit miqrantın qanun pozduğu halda onun deportasiya prosesinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.
Məktubun müəllifləri arasında Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov və fraksiya rəhbərinin müavini Sardan Avksentyeva yer alıb. Onların fikrincə, bu sistem dövlət büdcəsinə düşən maliyyə yükünü azaltmaqla yanaşı, miqrasiya siyasətinin səmərəliliyini də artıracaq.