Alimlər ömrü uzatmağın yolunu tapdı İki dərmandan ibarət kokteyl...


Digərləri 30 May 2025 11:52:00 99 0

Alimlər ömrü uzatmağın yolunu tapdı  İki dərmandan ibarət kokteyl...

Alimlər ömrü uzatmağın yolunu tapıblar.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumat "Nature Aging" jurnalında dərc olunub.

Avropada aparılan araşdırma nəticəsində məlum olub ki, iki dərmandan ibarət "yaşlanma əleyhinə kokteyl" siçanlarda ömrü 30 faiz artırır.

Almaniyadakı Max Plank Yaşlanma Biologiyası İnstitutunda aparılan araşdırma zamanı iki dərmanın birləşməsindən yaradılan qarışığın siçanlarda həyat müddətini əhəmiyyətli dərəcədə uzatdığı məlum olub.

Tədqiqat nəticəsində yalnız rapamisin verilən siçanların ömrü 17-18 faiz, yalnız trametinib verilənlərin ömrü isə 7-16 faiz artıb. Hər iki dərmanın birlikdə tətbiqi isə ömrü 26-35 faiz uzadıb. Araşdırma zamanı bu kokteyli qəbul edən siçanlarda qaraciyər və dalaqda şişlərin gec meydana çıxdığı, beyin, böyrək və əzələlərdə iltihabın azaldığı, ürək funksiyalarının daha ləng pozulduğu müşahidə edilib. Həmçinin bu siçanların yaşlandıqdan sonra daha aktiv qaldığı və daha az çəki aldığı bildirilib.