Bu müəllimlərə ŞAD XƏBƏR Maaşlarında artımlar olacaq
Digərləri 30 May 2025 15:25:00 101 0
Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək. Həmçinin, ötən il imtahandan uğurla keçə bilməyən müəllimlərə yenidən iştirak haqqı veriləcək.
Bu haberi de oku: Diş ağrısı deyib keçməyin – Vacib xəbərdarlıq
Son.az xəbər verir ki, təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18,19, 29, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçının şəxsi kabinetinə göndərilib. İmtahan nəticələrindən asılı olaraq bəzi müəllimlərin əmək haqqında artım olacaq.
Bəs maaş artımı hansı hallarda olacaq?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllim əgər müvafiq olaraq 30 baldan 50 bala qədər toplayarsa, onun əmək haqqına 5 il ərzində 10 faiz 50 baldan yuxarı yəni 51 bal toplayarsa, onun əmək haqqına 35 faiz əlavə olunacaq:
"Müəllimlərin əmək haqqını situmullaşdırmaq üçün vacib bir alətdir. Bəzən sertifikasiyada yüksək bal toplayan müəllimlərin şagirdləri yüksək nəticə göstərmirlər. Ötən il müəllimlərin təkrar sertifikasiya imtahanında iştirak edən 7296 müəllimdən 3909-u müvafiq keçid balını toplaya bilməyib. Onlardan 3242-ü ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimləridir. Bu ildə təkrar sertifikasiya üçün imtahan təşkil ediləcək".