Ürəyi bulanırdı, 9 yaşlı qızın mədəsindən görün nə çıxdı FOTO


Digərləri 27 May 2025 14:20:00 157 0

Ürəyi bulanırdı, 9 yaşlı qızın mədəsindən görün nə çıxdı  FOTO

Əskişəhərdə qeyri-adi tibbi hadisə baş verib.

Son.az xəbər verir ki, mədə ağrısı, ürək bulanması və iştahsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edən 9 yaşlı qızın mədəsində əməliyyat zamanı nəhəng tük yumrusu aşkarlanıb.

Həkimlər bu halın uşaq yaş qrupunda olduqca nadir rast gəlinən "bezoar" olduğunu bildiriblər.

Uşaq Cərrahiyyəsi Mütəxəssisləri həyata keçirdiyi əməliyyat zamanı uşağın mədəsinin tam dolu olduğu müəyyən edilib. Mütəxəssislər bildiriblər ki, xəstənin uzun müddət saç udma vərdişi (trikofaqiya) nəticəsində bu vəziyyət yaranıb.