Tiktoker "Bəniz" ev dustaqlığına buraxılmadı


Digərləri 10 Haz 2025 12:15:00 76 0

Tiktoker "Bəniz" ev dustaqlığına buraxılmadı

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçirilib.

Son.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Vəsatət təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin baxış iclası iyunun 17-nə təyin edilib.

Qeyd edək ki, Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.