Bakıda universitet tələbəsi vəfat etdi
Digərləri 10 Haz 2025 10:42:00 98 0
Bakıda gənc qız zəhərlənmədən vəfat edib.
Bu haberi de oku: Beş kənddə qaz olmayacaq
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.
Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.
D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.
Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.
Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.
Faktla bağlı araşdırmalar aparılır.