Seysmoloqdan Azərbaycanla bağlı bədbin proqnoz: Zəlzələ olacaq balı açıqladı


Digərləri 10 Haz 2025 22:16:00 120 0

Seysmoloqdan Azərbaycanla bağlı bədbin proqnoz: Zəlzələ olacaq  balı açıqladı

Azərbaycanda seysmik və tektonik aktivlik artıb.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, ölkə ərazisində son 1 həftə ərzində ard-arda baş verən yeraltı təkanlardan sonra dağıdıcı zəlzələnin baş vermə ehtimalı kimi məsələlər əhalini narahat edir.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, o, qeyd edib ki, ümumilikdə, dünyada seysmik aktivlik artır və Azərbaycan da bundan kənarda qalmır.

Qulam Babayev həmçinin vurğulayıb ki, qonşu ölkələr- Türkiyə, İran və Gürcüstan ərazilərində tektonik aktivlik davam edirsə, Azərbaycanda da sabitlik gözləmək olmaz. O əlavə edib ki, Abşeron yarımadası və Bakı şəhəri isə əsas seysmik təhlükəni Xəzər dənizində olan ocaqlarda görür.


Habere ait fotoğraflar