Beş kənddə qaz olmayacaq


Digərləri 10 Haz 2025 17:45:00 133 0

Beş kənddə qaz olmayacaq

Saatlı rayonunun beş kəndində qaz təchizatı dayandırılacaq.

Son.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 225 mm-lik PE "Qaracalar QPS-Varxan kənd" orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı ilə əlaqədar 11.06.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Saatlı rayonunun beş kəndində - Qaracalar, Seyidlər, Gomuşçu, Qaralar və Varxanda (ümumi 1124 abonent) ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.