Gələn aydan bu ödənişlərdə ƏDVnin yarısı geri qaytarılacaq


Digərləri 10 Haz 2025 09:39:00 79 0

Gələn aydan bu ödənişlərdə ƏDVnin yarısı geri qaytarılacaq

"Vergi Məcəlləsi"nə edilən dəyişikliklərə əsasən, gələn aydan etibarən mədəniyyət sektorunda yeni vergi güzəştləri qüvvəyə minəcək. Bu dəyişikliklərin məqsədi sektora daha çox sərmayə cəlb etməklə onun inkişafını stimullaşdırmaqdır. Yeni güzəştlər, eyni zamanda, mədəniyyət sahəsində göstərilən bəzi xidmətlərin xərclərinin azalmasına və nəticə etibarilə qiymətlərin düşməsinə şərait yarada bilər.

Son.az xəbər verir ki, bu barədə iqtisadçı millət vəkili Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dən etibarən teatr tamaşaları, kinofilm nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri kimi xidmətlər üçün nağdsız formada edilən ödənişlər zamanı ƏDV-nin 50 faizi ("ƏDV cashback") alıcılara geri qaytarılacaq. Başqa sözlə, bu xidmətlər üzrə də keşbek mexanizmi tətbiq olunacaq.

Digər mühüm dəyişiklik isə mədəniyyət sektorunda fəaliyyət göstərən subyektlər üçün 5 il müddətinə torpaq vergisindən tam azadolma və mənfəət (və ya gəlir) vergisindən 90 faizlik güzəştin tətbiqidir. Əvvəllər 75 faiz olan bu güzəştin həcmi artırılaraq 90 faizə çatdırılıb.