Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ


Digərləri 10 Haz 2025 10:27:00 100 0

Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ

Bakı Ali Neft Məktəbinin (BANM) mühəndislik fakültəsinə yeni dekan müavini təyin edilib. 

Modern.az-ın məlumatına görə BANM-ın yeni dekan müavini Ramil Şükürov hərbi xidmətdən yeni qayıdıb. O bundan əvvəl də bir müddət universitetdə müəllim kimi fəaliyyət göstərib. 

R. Şükürov 2013-cü ildə DİM qəbul imtahanından 652 bal toplayaraq BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında bakalavr təhsili almaq hüququ qazanıb. 

2018-ci ildə Ali Məktəbimizi fərqlənmə diplomu ilə bitirib və həmin ildə DİM-in imtahanından 150 üzərindən 140 bal toplayaraq BANM-in Texniki sistemlərdə informatika və idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almaq imkanı qazanıb. 

2 illik magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib. 

Karyerasına magistr təhsili müddətində BANM-in Elektron tədris şöbəsində metodist vəzifəsində işə başlayıb.  Bir müddət sonra İnformasiya Texnologiyaları kafedrasında müəllim olaraq fəaliyyətini uzun müddət davam etdirib. 

Daha sonra baş müəllim vəzifəsinə təyin edilib.

2019-cu ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib. ICPC 2022/2023 - Azərbaycan regional yarışı; 1/4 final mərhələsi üzrə rəhbərlik etdiyi BHOS1 komandası qalib gələrək Gürcüstanda keçirilən yarımfinala vəsiqə qazanıb.

2022-ci ildə "TEKNOFEST " layihəsi çərçivəsində keçirilən "Həvəskar Peyk Modelləşdirilməsi" yarışında rəhbərlik etdiyi İstiqlal komandası 1-ci yerə layiq görülüb.

Ramil Şükürov BANM-ın doktoranturasında təhsilini davam etdirir, yaxın zamanlarda elmi müdafiəsinə hazırlaşır. N saylı hərbi hissəsində hərbi xidmətini uğurla başa vuraraq baş əsgər rütbəsi alıb. 

Hərbi xidmətdən sonra isə BANM-nin Mühəndislik fakültəsinin dekanlığına dekan müavini təyin olunub.