Türkiyədə bələdiyyə sədri faciəvi şəkildə öldü
Digərləri 10 Haz 2025 09:27:00 90 0
Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Bu haberi de oku: Bu il “PAŞA Bank”ın “Şuşa” filialı istifadəyə veriləcək
Son.az xəbər verir ki, hadisə iyunun 6-da axşam saatlarında Yunusemre rayonundakı evində baş verib. Elektrik cərəyanının vurması nəticəsində ağır yaralanan Zeyrek reanimasiyaya yerləşdirilib.
Səhiyyə naziri Kamal Memişoğlu sosial media hesabında bu sözləri paylaşıb: "Qəza səbəbilə xəstəxanaya yerləşdirilən Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdi. Allahdan rəhmət diləyir, yaxınlarına və sevənlərinə başsağlığı veririk" .
Fidan Son.az