“Gənclik Mall”un parklanma yerinin girişində yenilik


Digərləri 10 Haz 2025 11:14:00 171 0

“Gənclik Mall”un parklanma yerinin girişində yenilik

"Gənclik Mall"un parklanma yerinin giriş hissəsində "dropoff" məntəqəsi - mindirib-düşürmə yeri yaradılıb və geriyədönmə yeri təkmilləşdirilib.

Bu barədə Son.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Bildirilib ki, məntəqə "Gənclik Mall"un ikinci girişində, Xoyski və Olimpiya küçələrinin kəsişməsində yerləşir.

Həmçinin, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək, yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг.