Bu yoldakı çökmə də ölümə səbəb olan həmin xəttə bağlıdır


Digərləri 04 Tem 2025 12:41:00 94 0

Bu yoldakı çökmə də ölümə səbəb olan həmin xəttə bağlıdır

Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yolun bir hissəsində çökmə baş verib. 

Son.az xəbər verir ki, bu barədə "İctimai TV" sözügedən ərazidən süjet hazırlayıb. 

Bildirilib ki, prospektin bir hissəsində diametri təxminən 1 metrə qədər yolda çökmə baş verib.

Həmçinin qeyd olunub ki, iyunun 26-da Cümşüd Cümşüdlünün ölümünə səbəb olan çökmə ilə bu yolun bir hissəsi eyni kanalizasiya xəttinə bağlıdır. 

Xatırladaq ki, C. Cümşüdlü Nərimanov rayonu, Baksol yolu adlanan ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb, bir neçə gün sonra meyiti tapılıb.