Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapıldı
Digərləri 04 Tem 2025 19:28:00 92 0
19:28
Bu haberi de oku: Süni intellekt sayəsində hamilə qaldı
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə meyti tapılanlar 2018-ci il təvəllüdlü R.Nadirli, 2016-cı il təvəllüdlü F. Nadirli və 2021 ci il İ.Nadirlidir.
-------- 18:35
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
-------- 18.04
Şəmkir rayonunda 3 nəfər göldə batıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkirçayın Təzəkənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Qədimqala kənd sakinləri -c 2018-ci il təvəllüdlü R.Nadirli, 2021-ci il təvəllüdlü N.İsmayıl və 2016-cı il təvəllüdlü F. Nadirlinin göldə batdığı ehtimal olunur.
Əraziyə FHN əməkdaşları cəlb olunub.