Azərbaycanda ən az maaşı kim alır?
Digərləri 04 Tem 2025 19:43:00 87 0
Azərbaycanda ən az əməkhaqqı alanlarla bağlı zaman-zaman fikirlər səsləndirilir. Bir çox peşə sahibləri də, onların ən az maaş aldığı qənaətindədir. Bu fikirlər isə müzakirələrə səbəb olur.
Bu haberi de oku: Sertifikasiyada yüksək bal toplayanların sayı niyə bu qədər azdır? Ekspert AÇIQLADI
Bəs görəsən, bu gün dövlət büdcəsindən ən az maaş alanlar kimlərdir? Polisləri, müəllimləri, həkimləri bu siyahıya əlavə etmək olarmı?
İqtisadçı ekspert Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, polisləri heç vaxt az maaş alanlar kimi adlandırmaq doğru deyil:
"Dövlət büdcəsindən işçilərə ən az ayrılan maaş məbləği 400 manatdır. Vahid tarif cədvəlinə əsasən 19 dərəcə var. Bu cədvələ uyğun olaraq əməkhaqqı alanların birinci dərəcəsində büdcədən ən az maaş alan ixtisas sahibləri daxildir. Bu şəxslərə isə bir çox qurumlarda rast gəlmək olur. Lakin onu da qeyd etmək lazımdır ki, 400 manat maaş alanların böyük əksəriyyəti ali təhsili olmayan şəxslərdir. Yəni, həkim, müəllim, polis kimi peşə sahibləri bu kateqoriyaya daxil deyil.