Bakının ortasında kanalizasiya "fəlakəti" Qurumdan AÇIQLAMA
Digərləri 04 Tem 2025 13:55:00 83 0
Binəqədi qəsəbəsinin II Mədən küçəsində yerləşən 90-cı korpusun qarşısında çirkab suları küçəyə axır.
Bu haberi de oku: “Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq
Son.az bildirir ki, sakinlərin sözlərinə görə bu vəziyyət uzun müddətdir davam edir və əsas səbəb kanalizasiya sisteminin köhnəlməsidir. Köhnə və istismar müddətini tamamlamış borular artıq ərazidəki yükü daşıya bilmir. Nəticədə kanalizasiya suları tez-tez küçəyə axır, həm antisanitariya yaradır, həm də ətrafda pis qoxu yayılır.
Sakinlər bildirib ki, kanalizasiya demək olar hər gün daşır, hər gün də müvafiq qurumun əməkdaşları gəlib tutulmuş borunu açmağa çalışırlar.
Bəs görəsən bu ərazidə daha müasir kanalizasiya xətti nə zaman çəkiləcək?