Tacikistan regional enerji bazarının yaradılmasında maraqlıdır Emoməli Rəhmon


Digərləri 04 Tem 2025 15:22:00 92 0

Tacikistan regional enerji bazarının yaradılmasında maraqlıdır  Emoməli Rəhmon

Tacikistan regional enerji bazarının yaradılmasında maraqlıdır.

Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Tacikistanın Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə-görüşü zamanı etdiyi çıxışda bildirib.

"Tacikistan İƏT-ə üzv ölkələrin enerji sistemlərinin birləşdirilməsi üzrə layihələrin gerçəkləşdirilməsini dəstəkləyir. Bu baxımdan, "CASA-1000" elektrik ötürücü xəttinin tikintisi layihəsinin həyata keçirilməsi region ölkələri üçün xüsusi əhəmiyyət daşıyır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, yaxın günlərdə layihənin mərhələlərindən biri başa çatdırılıb - Qırğızıstanla Tacikistan arasında 500 kV-luq "Datka-Süqd" yüksək gərginlikli elektrik xətti işə salınıb.

"Eyni zamanda, biz İƏT çərçivəsində regional enerji bazarının formalaşdırılmasında maraqlıyıq. Bu kontekstdə regionun enerji dayanıqlılığı strategiyasının hazırlanması çox aktual məsələdir. Bu cür layihələrin həyata keçirilməsi "yaşıl" enerjinin istehsalı və ixracının artmasına, ümumilikdə isə yaşıl iqtisadiyyatın təşviqinə xidmət edəcək", - Prezident Rəhmon deyib.