Əhaliyə XƏBƏRDARLIQ 18:00da pik həddə çatacaq


Digərləri 10 Haz 2025 11:23:00 70 0

Əhaliyə XƏBƏRDARLIQ  18:00da pik həddə çatacaq

Gündüz Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq.

Bu barədə Son.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, Aprelin 14-dən başlayan meteor yağışı iyunun 24-dək davam edəcək və gündüz Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görə bilərik.


Habere ait video