Sürücü başqadır, maşın başqa? – AYNA taksi saxtakarlıqlarına qarşı hərəkətə keçdi!


Digərləri 23 May 2025 09:36:00 398 0

Sürücü başqadır, maşın başqa? – AYNA taksi saxtakarlıqlarına qarşı hərəkətə keçdi!

Taksi şirkətləri tərəfindən tez-tez saxtakarlıq halları ilə qarşılaşırıq. Tətbiqdə qeyd olunan avtomobil yerinə başqası gəlir yaxud sürücü başqasının adı ilə qeydiyyatdan keçir.

Mövzu ilə bağlı Azərbaycan Yürüstü Nəqliyyat Agentliyindən Son.az-a bildirilib ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı AYNA tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilib:

"Onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb.

Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur".