Sabah yağış yağacaq, dolu düşəcək PROQNOZ
Digərləri 04 Haz 2025 12:27:00 83 0
Azərbaycanda iyunun 5-də bəzi yerlərdə arabir yağış yağacaq.
Bu haberi de oku: Karton və plastik stəkanlar xərçəng yaradır XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.