Bu telefonların ömrünə cəmi 10 gün qalıb – Tarixə qovuşurlar SİYAHI


Digərləri 23 May 2025 05:05:00 89 0

Bu telefonların ömrünə cəmi 10 gün qalıb – Tarixə qovuşurlar  SİYAHI

Texnologiya nəhəngi "Xiaomi" 2025-ci ilin iyun ayından etibarən yenilənmə dəstəyi dayandırılacaq telefon modellərini yeniləyib.

Son.az xəbər verir ki, siyahıya "Redmi" və "POCO" brendlərinə aid 7 ağıllı telefon daxildir. Bu cihazlar texniki olaraq işləməyə davam etsə də, tezliklə təhlükəsizlik riskləri və proqram uyğunluğu problemləri ilə üz-üzə qalacaqlar.

İyunda "istifadə müddəti bitəcək" modellər:

Redmi Note 11T Pro

Redmi Note 11T Pro+

Redmi K50i

POCO X4 GT

POCO C40

Redmi K40S

POCO F4