Leysan olacaq, dolu düşəcək PROQNOZ
Digərləri 23 May 2025 13:02:00 56 0
Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var, mülayim şimal-qərb küləyi əsəcək.
Bu haberi de oku: Sinif otağın "arenda"ya verən kim, "Son zəng"ə pul yığan kim İşdən çıxarılan direktorlarla bağlı FAKTLAR FOTO
Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 16-19, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.