Lüks avtomobillər su qiymətinə BMW, "Mercedes" və "Toyota" 1 200 manatdan...
Digərləri 23 May 2025 17:40:00 58 0
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 10-da növbəti dəfə avtomobil hərracı keçirəcək.
Bu haberi de oku: Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq
Son.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq.
Bunlar, Dövlət Ehtiyatları Agentliyinə məxsus "Nissan Maxima", "BMW 525I", "Chevrolet Niva" (4 ədəd), "Mercedes Benz E240" və "Hyundai Sonata", Mərkəzi Seçki Komissiyasına məxsus "Nissan Sunny", "Volkswagen Jetta", "Toyota Camry" və "Chrysler", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus "Chevrolet Niva" (13 ədəd), "VAZ 2106" və "QAZ-31105-801" markalı minik avtomobilləridir.