Müharibə veteranlarına verilən müavinət artacaq?
Digərləri 23 May 2025 23:42:00 58 0
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Yaşayış minimumu haqqında" Qanuna dəyişiklik layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Hazırda qanunvericilik sosial sahəyə aid müəssisələri bu normalarla əhatə etmir ki, bu da həmin müəssisələrin imkanlarını məhdudlaşdırırdı. Yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq.
Bu haberi de oku: Bakıda bir bunu etməmişdilər
Bundan əlavə, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin bu il yenilənməsi gözlənilir. Bildirilir ki, bu səbət artan həyat xərclərini nəzərə ala bilər və bu da 285 manat olan yaşayış minimumunun artırılmasına zəmin yarada bilər. Yaşayış minimumu artdığı təqdirdə, ona indeksləşdirilən sosial ödənişlər - o cümlədən müharibə veteranlarına verilən 80 manatlıq aylıq müavinətin də artıb artmayacağı sual doğurur.
Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat artacaqmı?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov News24.az-a bildirib ki, sosial islahat paketinin genişləndirilməsi dövlətin strateji və davamlı hədəflərindən biridir:
"Yaşayış minimumu haqqında" Qanuna ediləcək dəyişikliklər fonunda hökumətin sosial siyasəti yenidən gündəmə gəlib. Dövlət büdcəmizin gəlirləri fonunda sosial zərflər formalaşır və bu istiqamətdə artımlar həyata keçirilir. Bu zərflər hazırlanarkən vətəndaşların sosial rifahının artırılmasına kompleks yanaşılır".