Bu klinikada uşaq ölümünə görə yoxlama aparıldı, pozuntu AŞKARLANDI


Digərləri 23 May 2025 18:46:00 78 0

Bu klinikada uşaq ölümünə görə yoxlama aparıldı, pozuntu AŞKARLANDI

Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən "Medilandia Hospital"da aparılan araşdırma zamanı ciddi nöqsanlar müəyyən edilib.

Son.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən aparılan yoxlamalar zamanı bəzi işçilərin əmək müqaviləsi qüvvəyə minmədən müxtəlif işlərə və xidmətlərə cəlb edilməsi faktı aşkar edilib.

Məlum olub ki, klinikada 15 oktyabr 2024-cü ildən 3 fevral 2025-ci ilədək tibb bacısı vəzifəsində çalışan A.S. ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb.