Əgər bu qan qrupuna aidsinizsə yayda DİQQƏTLİ OLUN
Digərləri 24 May 2025 02:02:00 78 0
Yay aylarında bir çox insan ağcaqanadların hədəfinə çevrilir.
Bu haberi de oku: Tiktoker qardaşlardan xəbər var
Bəs niyə bəziləri daha çox dişlənir?
Son.az xəbər verir ki, aparılan elmi araşdırmalara görə, ağcaqanadlar bəzi qan qruplarını digərlərinə nisbətən daha çox cəlbedici hesab edir.
Mütəxəssislərin fikrincə, 0 (sıfır) qan qrupuna sahib insanlar digər qan qruplarına nisbətən ağcaqanadların daha çox diqqətini çəkir. Araşdırmada qeyd olunur ki, ağcaqanadlar dəridəki kimyəvi siqnalları və qoxuları analiz edərək hədəflərini seçirlər. 0 qan qrupu olan insanların dərisindən yayılan qoxular və bəzi fermentlər ağcaqanadları daha çox cəlb edir.
Digər tərəfdən, A qan qrupuna sahib şəxslərin bu baxımdan daha çox "şanslı" olduğu bildirilir - çünki ağcaqanadlar onları daha az seçir.