Bakıda məktəb direktorunun səs yazısı yayıldı Araşdırma aparılacaq


Digərləri 23 May 2025 15:09:00 172 0

Bakıda məktəb direktorunun səs yazısı yayıldı  Araşdırma aparılacaq

Bakıda 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin müəllimi Lalə Şəfaqətovanın səs yazısı yayılıb.

Son.az xəbər verir ki, direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi iddia olunur.

Belə ki, səs yazısından direktor müəllimi keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edildiyi məlum olub.

Bakı Şəhər Təhsil İdarəsindən məsələyə cavab olaraq bildirilib ki, sözügedən səs yazısı araşdırılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.