Sənədsiz evlər üçün "əmlak amnistiyası" tətbiq olunacaq?


Digərləri 09 Haz 2025 23:00:00 58 0

Sənədsiz evlər üçün "əmlak amnistiyası" tətbiq olunacaq?

Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxtilə müxtəlif təyinatlı torpaq sahələrində tikilən, amma sənədsiz qalan minlərlə evlərin sahibləri çıxarış ala bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşirlər.

Bu haberi de oku: 5 "qızıl" model ən bahalı

Son.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, həmin evlərin çoxu vaxtilə tikilənlərdir.

Bu problemin qarşısını almaq məqsədilə bir il əvvəl "əmlak amnistiyası" tətbiq olunacağı deyilmişdi.

Ekspert bildirir ki, bu layihə vətəndaş üçün sosial baxımdan çox önəmlidir. Elnur Fərzəliyev deyir ki, sənədsiz evlərin sayının çox olması əmlak bazarında süni qiymət artımına da səbəb olur. Amma eyni zamanda burada digər ciddi problemlər də var.