Sinif otağın "arenda"ya verən kim, "Son zəng"ə pul yığan kim İşdən çıxarılan direktorlarla bağlı FAKTLAR FOTO
Digərləri 23 May 2025 11:16:00 87 0
Son bir həftədə 6 məktəb direktoru vəzifəsindən azad olunub.
Bu haberi de oku: Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan montorinqlər zamanı nöqsanlara yol verən direktorlar müəyyən olunaraq vəzifəsindən azad olunurlar.
Vəzifəsindən azad olunan direktorlar:
42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva 158 nömrəli tam orta məktəbin direktoru Mehriban ƏləkbərovaSon.az işdən çıxarılan bəzi direktorlarla bağlı məlumatlar əldə edib.
Belə ki, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova 8 ildən çoxdur ki, bu vəzifəni icra edib. Hətta işdən çıxarılacağını eşidəndə ürəyi də gedib, hətta onun vəzifədən getməmək üçün bülleten açdırdığı da deyilirdi.
Eyni zamanda direktorun məktəbdəki nöqsanları da kifayət qədər olub. Əldə etdiyimiz məlumata görə, direktor məktəbin sinif otaqlarını repititor müəllimlərə icarəyə də verirmiş. Həmin sinif otaqlarında 2-ci növbə vaxtı, şənbə və bazar günləri dərslər keçirilirmiş.
Eyni zamanda yuxarı sinif şagirdləri direktorlar sövdələşərək dərsə gəlmirlərmiş, bunun müqabilində də xüsusi ödəniş edilməli imiş. Direktorlar bağlı müxtəlif dövrlərdə mətbuatda da müxtəlif səpkili şikayətlər yayımlanıb.