Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı


Digərləri 23 May 2025 13:56:00 77 0

Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı

"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadılıb.

Son.az APA-ya istinadla xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddəyinə uzadılıb.

Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.