9cu sinif imtahanlarının nəticələri bu gün açıqlanacaq
Digərləri 23 May 2025 13:30:00 77 0
Dövlət İmtahan Mərkəzi bu gün 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yoxlanmasının tamamlanacağını açıqlayıb.
Bu haberi de oku: “Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə
Son.az xəbər verir ki, bu barədə qurumun sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı məlumat verib.
O bildirib ki, nəticələrin gecikməsi bir neçə texniki səbəbdən irəli gəlib:
"Yeni proqram təminatının tətbiqi və esselərin qiymətləndirilməsi prosesi bir qədər vaxt apardı. Lakin bu günə qədər mənə verilən məlumata əsasən, yoxlama prosesi yekunlaşmalıdır", - deyə Abbaszadə vurğulayıb.
Nəticələrin yaxın saatlarda elan ediləcəyi gözlənilir. DİM-in rəsmi kanalları vasitəsilə ictimaiyyətə məlumat veriləcək.