Onları görənlər "əriyir" Ən xarizmatik üç bürc


Digərləri 23 May 2025 11:00:00 68 0

Onları görənlər "əriyir"  Ən xarizmatik üç bürc

Astroloqlar ən xarizmatik 3 bürcü açıqlayıb.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, astroloqlar bu üç bürcün ilk baxışdan insanları ovsunladığını deyir.

Bəzi insanlar heç bir söz demədən belə daxil olduqları mühitdə hamının diqqətini üzərlərinə çəkirlər. Mütəxəssislər onların doğuşdan gələn bu cazibəsinin astroloji səbəblərini açıqlayıb. Əgər Günəş, Ay və ya Yüksələn bürcünüz bu siyahıda varsa, hiss etmədən ətrafınızdakı insanları təsirləndirirsiniz.

Şir

Günəşin idarə etdiyi Şir bürcü özünəinamı ilə diqqət çəkir. Öz işığını sevərək yaşayan bu insanlar, bu enerjini başqalarına da ötürür. Ətrafdakı insanları tərifləməkdən çəkinməz, onları xüsusi hiss etdirməyi bacararlar. Bu xasiyyətləri ilə karizmanın canlı nümunəsinə çevrilirlər.

Oxatan

Zodiakın sərbəst ruhlu bürcü olan Oxatan, enerjisi və yumor hissi ilə hər ortamda fərqlənir. Hekayə danışmaqda təbii və pozitivdirlər. İnsanların içindəki potensialı üzə çıxarmağı sevir, bu da onları həm ruhlandırıcı, həm də unudulmaz edir.

Tərəzi

Veneranın təsiri altındakı Tərəzi bürcü doğuşdan cazibədardır. Hərəkətləri ilə insanları asanlıqla təsirləndirə bilirlər. Estetik duyumları güclüdür - geyimləri, danışıq tərzləri və duruşları ilə diqqət çəkirlər. İnsanlara özlərini dəyərli hiss etdirməkdə isə bənzərləri yoxdur.

İsmayıl Son.az