Türkiyə Silahlı Qüvvələrində FETÖ əməliyyatı: 56 hərbçi saxlanıldı


Digərləri 23 May 2025 13:26:00 88 0

Türkiyə Silahlı Qüvvələrində FETÖ əməliyyatı: 56 hərbçi saxlanıldı

Türkiyə Silahlı Qüvvələrində (TSK) FETÖ-yə qarşı keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 63 hərbçidən 56-sı saxlanılıb.

Son.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq nəticəsində Hava, Quru, Dəniz Qüvvələri və Jandarma Baş Komandanlığında fəaliyyət göstərən şübhəlilərə qarşı əməliyyat həyata keçirilib.

İstanbul mərkəzli 36 vilayətdə eyni vaxtda keçirilən əməliyyat zamanı saxlanılan şəxslər arasında 4 polkovnik, 8 polkovnik-leytenant, 12 mayor, 15 kapitan və 24 kiçik zabit və çavuş yer alır. 7 şübhəlinin axtarışları isə davam edir.

Əlavə olaraq, İstanbul mərkəzli 5 vilayətdə aparılan digər əməliyyatda FETÖ ilə əlaqəsi olduğu ehtimal edilən 9 nəfər də polis tərəfindən nəzarətə götürülüb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Fidan Son.az