"Kurtlar Vadisi"də Elifin yerinə bu aktrisa çəkiləcəkmiş FOTO


Digərləri 22 May 2025 14:40:00 80 0

"Kurtlar Vadisi"də Elifin yerinə bu aktrisa çəkiləcəkmiş  FOTO

"Kurtlar Vadisi" serialındakı Elif rolu ilk olaraq Tuba Ünsala təklif edilib, lakin çəkilişlərə az qalmış bu rol Özgü Namala verilibmiş.

Bu haberi de oku: Xəzərdə zəlzələ oldu

Son.az xəbər verir ki, bunu aktrisa Tuba Ünsal illər sonra etiraf edib.

Türk televiziya tarixinin ən çox danışılan seriallarından biri olan "Kurtlar Vadisi"ndə Elif Eylül obrazı ilə yadda qalan Özgü Namalın əslində son anda layihəyə daxil olduğu ortaya çıxıb.

Aktrisa Tuba Ünsal "Talk Show Perileri" proqramında etdiyi açıqlama ilə illər sonra bunu üzə çıxarıb. O bildirib ki, 2003-cü ildə Elif obrazı üçün prodüserlərlə görüşüb və razılaşdırılıb.

Ancaq çəkilişlərə çox az müddət qalmış qərar dəyişdirilib və rol Özgü Namala verilib.

Ünsal açıqlamasında "Elif rolu ilk mənə təklif olundu. Canlandıracaqdım. Layihəyə başlamağa sayılı günlər qalmış bu qərar dəyişdi. O vaxt buna çox üzülmüşdüm" deyə bildirib.

İsmayıl Son.az