Eldəniz Səlimov azadlığa çıxdı


Digərləri 03 Fev 2025 09:45:00 76 0

Eldəniz Səlimov azadlığa çıxdı

Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.

E. Səlimovun bu gün cəza müddəti başa çatıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da keçmiş deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.

Məlumata görə, Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Eldəniz Səlimov Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Daxili İşlər Nazirliyi Baş Prokurorluğa təqdimat göndərib. Baş Prokurorluq 2021-ci ilin iyulun 30-da deputatın polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddiası ilə bağlı cinayət işi başladıb və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərib.

2 avqust 2021-ci il tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığının ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.

Parlamentin 3 avqust 2021-ci il tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub.

27 dekabr 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.

2 noyabr 1976-cı ildə Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub. (Report)

Rubl bahalaşdı, dollar isə... like
  • 03 Fev 09:40  
Digərləri Rubl bahalaşdı, dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
İki bürc həyatını dəyişəcək əsl sevgini tapacaq like
  • 03 Fev 09:32  
Digərləri İki bürc həyatını dəyişəcək əsl sevgini tapacaq

Sevginin gözlənilmədən peyda olmaq, güclü şəlalə kimi yolundakı hər �

arrow Ətraflı
ABŞda qəzada həlak olanların cəsədləri çaydan çıxarıdı like
  • 03 Fev 09:18  
Dünya ABŞda qəzada həlak olanların cəsədləri çaydan çıxarıdı

Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində həlak olan

arrow Ətraflı
Şüuraltı nədir və necə işləyir? like
  • 03 Fev 09:09  
Digərləri Şüuraltı nədir və necə işləyir?

Şüuraltı (subkonskioz) ağlımızın dərin qatıdır və bizim fərqində ol

arrow Ətraflı
İki gündə 200 zəlzələ oldu like
  • 03 Fev 09:00  
Dünya İki gündə 200 zəlzələ oldu

Egey dənizindəki Kiklad arxipelaqı adalarında son iki gündə maksimumu 4,5

arrow Ətraflı
Qaradağda ərarvad dəm qazından öldü like
  • 03 Fev 08:55  
Digərləri Qaradağda ərarvad dəm qazından öldü

Qaradağda ər-arvad dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Netanyahu ABŞdədir like
  • 03 Fev 08:53  
Dünya Netanyahu ABŞdədir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvət

arrow Ətraflı
40 yaşlı kişi su kanalında boğularaq öldü like
  • 03 Fev 08:45  
Digərləri 40 yaşlı kişi su kanalında boğularaq öldü

Sabirabad sakini su kanalında boğularaq ölüb.

arrow Ətraflı
Zibil içində yaşayan qonşularından şikayət etdilər like
  • 03 Fev 08:41  
Digərləri Zibil içində yaşayan qonşularından şikayət etdilər

Nərimanov rayonu, Elçin İsaqzadə küçəsindəki binalardan birində yaşaya

arrow Ətraflı
CeyLonun dekolte geyimi diqqət çəkdi like
  • 03 Fev 08:25  
Şou-biznes CeyLonun dekolte geyimi diqqət çəkdi

Cennifer Lopez Pre-Qremmi Qalasında LaPointe PF25 geyimində parlayıb.

arrow Ətraflı
Şəkər xəstələri üçün can dərmanı: Qaynadıb qaşıqqaşıq yeyin like
  • 03 Fev 08:17  
Digərləri Şəkər xəstələri üçün can dərmanı: Qaynadıb qaşıqqaşıq yeyin

Qan şəkəri bədənin enerji ehtiyacını ödəmək üçün vacib bir amildir

arrow Ətraflı
Bakıda ağır qəza  xəsarət alanlar var  FOTO like
  • 03 Fev 07:48  
Digərləri Bakıda ağır qəza xəsarət alanlar var FOTO

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

arrow Ətraflı
Avropanın ən gözəl yerlərindən biri turistlər üçün bağlanır like
  • 03 Fev 07:40  
Dünya Avropanın ən gözəl yerlərindən biri turistlər üçün bağlanır

Xorvatiyanın Pula şəhərinin əsas turistik məkanı olan gözəl Göy mağar

arrow Ətraflı
Evlərin qiyməti daha da artacaq like
  • 03 Fev 07:28  
Digərləri Evlərin qiyməti daha da artacaq

Mənzil bazarında qiymətlər artmaqda davam edir. Bunu statistik məlumatlar d

arrow Ətraflı