Evlərin qiyməti daha da artacaq


Digərləri 03 Fev 2025 07:28:00 64 0

Evlərin qiyməti daha da artacaq

Mənzil bazarında qiymətlər artmaqda davam edir. Bunu statistik məlumatlar da təsdiqləyir. Belə ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb. Göründüyü kimi, qiymətlər sabitləşmir. Bəs bu nə vaxt səngiyəcək? Daşınmaz əmlak bazarında qiymətlər bu il də artmaqda davam edəcəkmi?

Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Ən yüksək qiymət artımı Nərimanov rayonundadır"

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı onlarda olan rəqəmlər rəsmi statistikadan da yüksəkdir: "Ötən ilin dekabr ayında Bakının mənzil bazarında köhnə mənzillərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,5 faiz, yenitikililərin qiyməti isə 12,3 faiz artıb. Ən yüksək qiymət artımı Nərimanov rayonunda qeydə alınıb. Burada köhnə binalarda qiymətlər 14, yenitikililərdə isə 16 faiz artıb. Səbail rayonunda köhnə binalar üzrə qiymətlər 13, yenitikililər üzrə isə 15,2 faiz artıb. Nəsimi rayonunda bu göstəricilər müvafiq olaraq 12,2 və 15,2 faiz, Nizami rayonunda 11,7 və 12 faiz, Yasamalda 11,1 və 12,8 faiz, Qaradağda 7 və 8 faiz, Sabunçuda 8 və 10 faiz, Suraxanı və Binəqədidə köhnə binalar üzrə qiymət artımı müvafiq olaraq 6,8 və 8,3 faiz, yenitikililər üzrə isə 9,5 və 9,6 faiz təşkil edib".

Bahalaşmanı şərtləndirən səbəblər

Sədrin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri tikinti materiallarına tələbatı artırır: "Əgər tikinti şirkətinə əvvəl bir kvadratmetr daha ucuz başa gəlirdisə, indi bu rəqəm 20-30 faiz yüksəlib. İşçi qüvvəsinin də qiyməti artır. Fəhlə və ustalar hər il 15-20 faiz daha artıq məbləğ tələb edirlər. Bu da gündəlik xərclərin artması ilə bağlıdır".

V.Oruc bildirdi ki, insanlar dayanıqlı biznes sahəsi kimi daşınmaz əmlakı görürlər. Bu, ilbəil qiymətini artıran və dəyərdən düşməyən investisiya növüdür: "Kirayə verərsə, daha artıq gəlir deməkdir. Nəzərə almalıyıq ki, Bakının Baş planına uyğun olaraq müəyyən binaların söküntüsü aparılır. Onların yerində yeni binalar inşa ediləcək. Mənzillər söküldükcə orada yaşayan sakinlər də daşınmaz əmlak bazarına yönəlirlər. Həmçinin MİDA kimi sosial layihələrin həyata keçirilməsi də daşınmaz əmlak bazarında dinamiklik və aktivliyin yaranmasına təsir göstərir".

Özülü yeni qoyulan binalara da maraq artıb

Ekspert deyir ki, tək hazır mənzillərə deyil, hətta təməli yeni qoyulan əmlaklarda da qiymətlər yüksəlib: "Son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür. Bəzən bu mərhələdə olan tikililər hətta yenitikili və təkrar yenitikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlara daha çox maraq göstərməyə başlayıblar. Səbəblərdən biri də iqtisadi amillərdir. Ölkə iqtisadiyyatı böyüyür. Manatın alıcılıq qabiliyyətində müəyyən fərqlər yaranır. Nəticədə bunlar hamısı qiymətlərin artımı ilə nəticələnir".

V.Orucun fikrincə, qarşıdakı dövrdə əmlak bazarında qiymətlər daha da arta bilər: "Hər il daşınmaz əmlak 10-17 faiz bahalaşır. Əgər ABŞ və İran münasibətləri gərginləşərsə, oradan soydaşlarımızın ölkəmizə kütləvi axını olarsa, bu da daşınmaz əmlak qiymətlərinin daha da yüksəlməsinə şərait yaradacaq. Bunu Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində gördük. Qiymətlərin birdən-birə yüksəlməsini təşviq edən amillərdən biri də bu oldu".

Vergilər artıb, qaydalar sərtləşdirilib

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun fikrincə, mənzil bazarında qiymət artımını yaradan səbəblərdən biri vergilərin artmasıdır: "Əvvəl sahibkar 10 min kvadratmetr satışa çıxarırdısa, hər kvadratmetrinə 67-130 manat vergi ödəyirdi. İndi belə deyil. Yeni məcəllə 2020-ci ilin noyabrından qüvvəyə minib. Bu tarixdən sonra icazəsi alınıb tikintisi başlayan tikililərdə sadələşmiş vergi əvəzinə 18 faiz əlavə dəyər vergisi, mənfəətdən isə 20 faiz tutulur. Belə olan halda 100 manat olan vergi yükü 400-500 manata qədər yüksəlir".

Ekspertin sözlərinə görə, ikinci məsələ şəhərsalma qaydalarına əlavə olunmuş şərtlərin daha da ciddiləşməsidir: "Yeni tələblərə əsasən, alınan ərazinin yalnız 30 faizində inşaat aparmaq mümkündür. Əvvəl binalar çox yaxın tikilirdi. Bir hektarda 50-70 min kvadratmetrlik mənzil sahəsi istismara verilirdi. İndi bu göstərici maksimum 22 min kvadratmetrdir. Nəticədə təklif edilən mənzil sayı azalır. Həmçinin bloklarda mənzillərin sayı xeyli azaldılıb. Əvvəl bir blokda 10-12 mənzil olardısa, indi qapı sayına da nəzarət edilir".

"Mənzillər o ölkələrdə ucuzlaşır ki..."

Ekspert bildirdi ki, bu il də qiymətlər yüksələn istiqamətdə olacaq: "Qiymət artımının sadəcə mənzillərdə olmadığını nəzərə alsaq, bu prosesi normal qəbul etməliyik. Mənzillərin qiymətinin ucuzlaşmasını tələb edirik. Amma bu, səhv düşüncədir. Çünki o ölkələrdə mənzillərin qiyməti enir ki, orada iqtisadi gərginlik, böhranlar baş verir. İqtisadiyyatları inkişaf edən dövlətlərdə mənzillərin qiyməti enə bilməz. Bahalaşma bir müddət də davam edəcək. Bu il də bahalaşmaya hazır olmalıyıq. Ümumi iqtisadi göstəricilər yolunda gedərsə, heç bir hadisə baş verməzsə, il sonuna doğru daşınmaz əmlakın daha 13-15 faiz bahalaşacağı gözlənilir". Son.az

Xalq artisti oğlu ilə həyat yoldaşını paylaşdı like
  • 03 Fev 07:15  
Şou-biznes Xalq artisti oğlu ilə həyat yoldaşını paylaşdı

Xalq artisti Gülyanaq Məmmədova oğlu ilə həyat yoldaşını paylaşıb.

arrow Ətraflı
Bu şəxslər mütləq psixoloqa müraciət etməlidirlər like
  • 03 Fev 07:01  
Digərləri Bu şəxslər mütləq psixoloqa müraciət etməlidirlər

Dırnaq yemək vərdişi bir çox insanlar üçün adi hal hesab olunsa da, müt

arrow Ətraflı
Ərdoğan: "Növbəti seçkidə 50 faiz səs əldə etməyi hədəfləyirik" like
  • 03 Fev 06:47  
Digərləri Ərdoğan: "Növbəti seçkidə 50 faiz səs əldə etməyi hədəfləyirik"

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri R

arrow Ətraflı
“Bu gün xəstəxanalarda sanki gözəllik yarışması keçirilir” like
  • 03 Fev 06:33  
Şou-biznes “Bu gün xəstəxanalarda sanki gözəllik yarışması keçirilir”

"Bu gün poliklinikanın hansı kabinetinə girsəm orada saçı "ukla

arrow Ətraflı
Körpənin meyiti soyuducuda tapıldı like
  • 03 Fev 06:19  
Dünya Körpənin meyiti soyuducuda tapıldı

Odessanın Peresip rayonunda polis soyuducuda bir yaşlı uşağın cəsədi tap

arrow Ətraflı
Yeməksevər turistlər üçün ən yaxşı şəhər seçildi like
  • 03 Fev 06:06  
Digərləri Yeməksevər turistlər üçün ən yaxşı şəhər seçildi

İtaliyanın altı şəhəri yemək həvəskarları üçün dünyanın ən yaxş

arrow Ətraflı
Gözdən linzaları çıxarmadan yatanda nə olur?  Həkim AÇIQLADI like
  • 03 Fev 05:05  
Digərləri Gözdən linzaları çıxarmadan yatanda nə olur? Həkim AÇIQLADI

Görmə problemi olan insanların əksəriyyəti həyatlarını asanlaşdırmaq

arrow Ətraflı
Baykal gölündə müəmmalı heykəli görənlər heyrətə gəldi  VİDEO like
  • 03 Fev 04:04  
Digərləri Baykal gölündə müəmmalı heykəli görənlər heyrətə gəldi VİDEO

Rusiyanın İrkutsk vilayətində, Listvyanka kəndinin akvatoriyasında, Baykal

arrow Ətraflı
Sabun udaraq ölən, qəbri olmayan məşhur azərbaycanlı  Onu kim izləyirdi?  FOTO like
  • 03 Fev 03:03  
Digərləri Sabun udaraq ölən, qəbri olmayan məşhur azərbaycanlı Onu kim izləyirdi? FOTO

Son.az Kulis.az-ın sovet repressiyasına məruz qalmış azərbaycanlı saksaf

arrow Ətraflı
Evi rəsmən kirayə verdikdə bu qədər rüsum ödənilir like
  • 03 Fev 02:02  
Digərləri Evi rəsmən kirayə verdikdə bu qədər rüsum ödənilir

Son.az bildirir ki, Lent.az-ın "bir sual, bir cavab" rubrikasında n

arrow Ətraflı
Süni intellekt bu sahələrin işçilərini "çörəksiz" qoyacaq like
  • 03 Fev 00:48  
Digərləri Süni intellekt bu sahələrin işçilərini "çörəksiz" qoyacaq

Son dövrlərdə süni intellektin sürətli inkişafı bir sıra peşələrin g

arrow Ətraflı
Zelenski: Ukrayna sülhə heç vaxt bu qədər yaxın olmayıb like
  • 03 Fev 00:37  
Dünya Zelenski: Ukrayna sülhə heç vaxt bu qədər yaxın olmayıb

Müharibənin davam etdiyi üç il ərzində Ukrayna heç vaxt olmadığı qəd�

arrow Ətraflı
Qaqauziya rəhbəri hava limanında saxlanıldı like
  • 03 Fev 00:25  
Dünya Qaqauziya rəhbəri hava limanında saxlanıldı

Moldovanın Qaqauziya Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul Kişinyov ha

arrow Ətraflı
Mask USAIDi cinayətkar təşkilat adlandırdı like
  • 03 Fev 00:24  
Dünya Mask USAIDi cinayətkar təşkilat adlandırdı

Amerikalı milyarder, Tesla, SpaceX və X sosial şəbəkəsinin sahibi İlon Ma

arrow Ətraflı