Ötən il nəqliyyat sektorunun bir sıra istiqaməti üzrə rekord göstəricilərə nail olunub Anar Rzayev
Digərləri 03 Fev 2025 08:33:00 65 0
Paytaxtın nəqliyyat sektorunda aparılan sürətli islahatlar diqqət mərkəzində qalmaqdadır. Mətbuat bu islahatlardan yazır, nəqliyyat infrastrukturundan istifadə edən vətəndaşlar - sürücülər, sərnişinlər, mikromobillik vasitələrinin istifadəçiləri və piyadalar dəyişiklikləri, demək olar, hər gün müzakirə edirlər. Bu sektorun müxtəlif istiqamətləri arasında avtobuslara, taksilərə və mikromobilliyə xüsusi diqqət ayrılır, çünki, son ayların inqilabi dəyişiklikləri məhz həmin sahələrlə bağlıdır.
Bu xəbəri də oxu: İran 1700 kmdən hədəfi vuran raketlərini təqdim etdi
Son.az xəbər verir ki, 2024-cü ildə əldə olunan uğurlar və islahatların Bakının nəqliyyat sektorunun simasını necə dəyişdiyi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Trend-ə müsahibə verib.
- Gəlin ondan başlayaq ki, istənilən islahatlar, layihələr, qərarlar nəhəng işin, uzunmüddətli müzakirələrin və təhlillərin nəticəsidir. Hazırda müzakirə olunan məsələlər əsası təxminən iyirmi il bundan əvvəl qoyulmuş uzunmüddətli inkişaf strategiyası və dövlət başçısının ölkə həyatının bütün sahələrini əhatə edən bu genişmiqyaslı islahatların başlanğıcında qarşıya qoyduğu vəzifələrin ardıcıl həyata keçirilməsi ilə bağlıdır. Məhz o zaman respublikanın, o cümlədən paytaxtın nəqliyyat sisteminin köklü yenilənməsi ilə bağlı qərarlar qəbul edilmişdir, çünki bunlar ölkənin əlverişli coğrafi mövqeyindən və tranzit imkanlarından səmərəli istifadə etməklə effektiv mərkəzə çevrilməsi perspektivinə yönəlmiş addımlar idi. Bu gün biz bu uzaqgörən siyasətin bəhrəsini görürük - Azərbaycan regionları və qitələri birləşdirən çoxsaylı qlobal miqyaslı nəqliyyat layihələrinin əsas seqmentinə çevrilib. Bu illər ərzində həyata keçirilən işlər çərçivəsində Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib, çünki sürətli sosial-iqtisadi inkişaf, artan işgüzar fəallıq, müəssisələrin və iş yerlərinin yaradılması həm də paytaxt aqlomerasiyasında kütləvi hərəkətliliyi nəzərdə tutur.
Təbii ki, həyat yerində dayanmır. Bu illər ərzində şəhərin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün həyata keçirilmiş layihələr o dövrün aktual məsələlərinin həllinə, o cümlədən yeni yolların və qovşaqların tikilməsi ilə əksər küçə və prospektlərin yükünün azaldılmasına kömək edirdisə, hal hazırda şəhər mobilliyinin transformasiyası digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Bu sıraya şəxsi avtomobil və taksi ilə gedişlərin azaldılması fonunda ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mikromobilliyin inkişafı və piyada zonalarının genişləndirilməsi üçün şəraitin yaradılması, o cümlədən sağlam həyat tərzinin təbliği və rahat şəhər mühitinin formalaşması daxildir. Bu, dünyanın bir çox qabaqcıl şəhərinin keçdiyi yoldur. İxtisaslaşmış yerli və xarici qurumların mütəxəssislərinin iştirakı ilə aparılan ətraflı təhlillər əsasında layihə və proqramlar işlənib hazırlanmışdır ki, onların reallaşdırılması qısamüddətli məsələlərin bir qisminin həllinə kömək edib. Digər istiqamətlər üzrə işlərin həyata keçirilməsi və uzunmüddətli perspektivə hesablanmış məsələlərin həlli isə davam edir.
- Ötən il nəqliyyat sektorunun bir sıra istiqaməti üzrə rekord göstəricilərə nail ola bilmişik ki, bu da genişmiqyaslı işlərin məntiqi nəticəsi idi. Təkcə onu qeyd etmək kifayətdir ki, avtobuslardan istifadə edənlərin sayının artması nəticəsində 2024-cü ildə Bakıda 476 milyon sərnişin daşınıb, bu da 2023-cü illə müqayisədə 28 milyon nəfər çoxdur. Ümumilikdə, ötən il paytaxt və şəhərətrafı qəsəbələrdə sərnişin daşınması 9% artaraq 518 milyon nəfər, "BakuBus" avtobusları üzrə isə həmin göstəricidə artım 20% və ya 148 milyon nəfər təşkil edib.
Bu, bir çox amil, o cümlədən ictimai nəqliyyat sisteminin optimallaşdırılması, paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılması, ardıcıl genişləndirilməsi və əlaqələndirilməsi nəticəsində mümkün olub. Mütəxəssislərimizin apardığı monitorinqlər göstərir ki, bu zolaqlar üzrə avtobusların orta sürəti 18 km/saatdan 22 km/saatadək artıb, bəzi küçələrdə hərəkət vaxtı 12, bəzilərində isə 22 dəqiqə azalıb. Yəni, əksər marşrutlarda intervalı xeyli qısaltmaq mümkün olub (buna görə əvvəllər bizə çoxlu şikayət daxil olurdu), sərnişinlərin sayı isə xeyli artıb. Bilirsiniz, bütün bu statistikanın arxasında çox mühüm bir amil dayanır - sərnişinlərin ictimai nəqliyyata etibarının artması. Tədricən anlayış formalaşır ki, yoldakı vəziyyətə nəzarət etmədən, parklanma yerlərini axtarmadan və şəxsi avtomobil sürücülərinin üzləşdiyi digər problemlərdən narahat olmadan avtobuslarla təyinat yerinə daha tez və rahat çatmaq olar. Son zamanlar hətta avtomobil ilə səyahətin böyük həvəskarları da xüsusilə qısa və orta məsafələrə gediş üçün avtobusdan tez-tez istifadə etməyə başlayıblar. Biz sözdə deyil, əməldə vətəndaş məmnunluğuna nail ola bilmişik. Qanunvericiliyin təkmilləşdirilməsi də avtobus zolaqlarının səmərəliliyinin artırılmasında mühüm rol oynayıb ki, bu da həmin zolaqlara daxil olan digər hərəkət iştirakçılarının sayını praktiki olaraq minimuma endirib.
- Hazırda yeni marşrut şəbəkəsinə uyğun olaraq paytaxtın 40-a yaxın küçə və prospektini əhatə edən xüsusi zolaqların ümumi uzunluğu 112 kilometrdir, onlar üzərində hərəkət edən avtobuslar hər gün 900 minə yaxın sərnişin daşıyır. Lakin bu, əlbəttə ki, son hədd deyil və mütəxəssislərimiz avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi layihələri üzərindəki işi davam etdirirlər.
- Avtobus parkının yenilənməsi prioritet vəzifələrdən biridir. Ekoloji cəhətdən təmiz texnologiyalarla çalışan yeni avtobuslar sakit işləyir və sərnişinlər üçün son dərəcə rahatdır. Bu yaxınlarda xətlərə buraxılan 160 elektrik avtobusu şəhərin dəyişən simasına ahəngdar şəkildə uyğun gəlir. Hətta onların rəngi də ölkəmizin "yaşıl" gündəliyə sanki sadiqliyini göstərən bir arqumentdir. Sevindirici haldır ki, özəl daşıyıcı şirkətlər də bu tendensiyaya dəstək olaraq ekoloji cəhətdən təmiz texnologiyalar əsasında işləyən 85 avtobus alıb və mərhələli şəkildə istifadəyə verirlər. Bu il həmin şirkətlər əlavə olaraq 100-dən çox yeni avtobus gətirməyi planlaşdırır. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb və indi onların ümumi parkı hazırda rekord həddə - 2160 ədədə çatıb. Yaxın gələcəkdə bu rəqəmi 2500 avtobusa çatdırmaq niyyətindəyik. Yeni avtobuslar nağdsız ödəniş üçün validatorlarla təchiz edilir ki, bu da xidmətlərin rəqəmsallaşdırılması prosesini sürətləndirir. Yeri gəlmişkən, 2024-cü ilin yekunlarına görə, bu ödəniş formasının payı 77,5% təşkil edib.
Cennifer Lopez Pre-Qremmi Qalasında LaPointe PF25 geyimində parlayıb.
Qan şəkəri bədənin enerji ehtiyacını ödəmək üçün vacib bir amildir
Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
Xorvatiyanın Pula şəhərinin əsas turistik məkanı olan gözəl Göy mağar
Mənzil bazarında qiymətlər artmaqda davam edir. Bunu statistik məlumatlar d
Xalq artisti Gülyanaq Məmmədova oğlu ilə həyat yoldaşını paylaşıb.
Dırnaq yemək vərdişi bir çox insanlar üçün adi hal hesab olunsa da, müt
Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri R
"Bu gün poliklinikanın hansı kabinetinə girsəm orada saçı "ukla
Odessanın Peresip rayonunda polis soyuducuda bir yaşlı uşağın cəsədi tap
İtaliyanın altı şəhəri yemək həvəskarları üçün dünyanın ən yaxş
Görmə problemi olan insanların əksəriyyəti həyatlarını asanlaşdırmaq
Rusiyanın İrkutsk vilayətində, Listvyanka kəndinin akvatoriyasında, Baykal
Son.az Kulis.az-ın sovet repressiyasına məruz qalmış azərbaycanlı saksaf
Son.az bildirir ki, Lent.az-ın "bir sual, bir cavab" rubrikasında n