Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirildi Əməliyyat GÖRÜNTÜLƏRİ


Digərləri 03 Fev 2025 10:31:00 84 0

Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirildi  Əməliyyat GÖRÜNTÜLƏRİ

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülmüşdür.

Son.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər "Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunmuşdur.

İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd "RGO-78" markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan biri yaralanmış, Əlipaşa Kamilov isə zərərsizləşdirilmişdir. Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunmuş, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olmuşlar.

Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd "Kalaşnikov" avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülmüşdür. Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilmiş və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdirilmişlər. Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilmişdir. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən "Motel" adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət almışdır.

Habelə, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Faytonçu Nazim”in like
  • 03 Fev 10:30  
Şou-biznes “Faytonçu Nazim”in

Müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib və xəstəxanaya

arrow Ətraflı
Azərbaycanda banklar kredit faizlərini niyə artırıb? like
  • 03 Fev 10:17  
Digərləri Azərbaycanda banklar kredit faizlərini niyə artırıb?

Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit fa

arrow Ətraflı
Murad tamaşa zamanı xəsarət aldı  VİDEO like
  • 03 Fev 10:05  
Şou-biznes Murad tamaşa zamanı xəsarət aldı VİDEO

Aktyor Murad İsmayılın başına iş gəlib.

arrow Ətraflı
Tələbə ürəktutmadan öldü  FOTO like
  • 03 Fev 10:00  
Digərləri Tələbə ürəktutmadan öldü FOTO

Azərbaycanda tələbə vəfat edib.

arrow Ətraflı
Ailəsi ilə istirahətə getmişdi, faciəvi şəkildə öldü like
  • 03 Fev 09:50  
Digərləri Ailəsi ilə istirahətə getmişdi, faciəvi şəkildə öldü

Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadis�

arrow Ətraflı
Eldəniz Səlimov azadlığa çıxdı like
  • 03 Fev 09:45  
Digərləri Eldəniz Səlimov azadlığa çıxdı

Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.

arrow Ətraflı
Rubl bahalaşdı, dollar isə... like
  • 03 Fev 09:40  
Digərləri Rubl bahalaşdı, dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
İki bürc həyatını dəyişəcək əsl sevgini tapacaq like
  • 03 Fev 09:32  
Digərləri İki bürc həyatını dəyişəcək əsl sevgini tapacaq

Sevginin gözlənilmədən peyda olmaq, güclü şəlalə kimi yolundakı hər �

arrow Ətraflı
ABŞda qəzada həlak olanların cəsədləri çaydan çıxarıdı like
  • 03 Fev 09:18  
Dünya ABŞda qəzada həlak olanların cəsədləri çaydan çıxarıdı

Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində həlak olan

arrow Ətraflı
Şüuraltı nədir və necə işləyir? like
  • 03 Fev 09:09  
Digərləri Şüuraltı nədir və necə işləyir?

Şüuraltı (subkonskioz) ağlımızın dərin qatıdır və bizim fərqində ol

arrow Ətraflı
İki gündə 200 zəlzələ oldu like
  • 03 Fev 09:00  
Dünya İki gündə 200 zəlzələ oldu

Egey dənizindəki Kiklad arxipelaqı adalarında son iki gündə maksimumu 4,5

arrow Ətraflı
Qaradağda ərarvad dəm qazından öldü like
  • 03 Fev 08:55  
Digərləri Qaradağda ərarvad dəm qazından öldü

Qaradağda ər-arvad dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Netanyahu ABŞdədir like
  • 03 Fev 08:53  
Dünya Netanyahu ABŞdədir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvət

arrow Ətraflı
40 yaşlı kişi su kanalında boğularaq öldü like
  • 03 Fev 08:45  
Digərləri 40 yaşlı kişi su kanalında boğularaq öldü

Sabirabad sakini su kanalında boğularaq ölüb.

arrow Ətraflı
Zibil içində yaşayan qonşularından şikayət etdilər like
  • 03 Fev 08:41  
Digərləri Zibil içində yaşayan qonşularından şikayət etdilər

Nərimanov rayonu, Elçin İsaqzadə küçəsindəki binalardan birində yaşaya

arrow Ətraflı