“Murovdağ” Magellan boğazından keçən ilk Azərbaycan yük gəmisi kimi tarixə düşüb
Digərləri 03 Fev 2025 12:21:00 59 0
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Murovdağ" quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub. Bu hadisəylə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.
Bu xəbəri də oxu: Avtomobil qaz borusuna çırpıldı xəsarət alan var FOTO
Son.az bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir.
Bildirilib ki, Çilinin Tokopilla limanından 33 000 ton potassium nitratı ilə yola çıxan "Handysize" tipli gəmi Latın Amerikasının cənub sahili boyunca hərəkət edərək, dünyanın ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazından keçib. Hazırda gəmi Atlantik okeanına doğru üzür və İspaniyanın Kadiz limanında yükünü boşaltması planlaşdırılır.
Magellan boğazı Cənubi Amerikanın cənubunda, Çili ərazisində yerləşir və Atlantik okeanı ilə Sakit okeanı birləşdirən mühüm dəniz keçididir. Boğaz güclü küləkləri, dəyişkən hava şəraiti və mürəkkəb su axınları ilə tanınır.
ASCO-nun beynəlxalq sularda istismara verdiyi ikinci "Handysize" tipli məhdudiyyətsiz üzmə imkanlarına malik gəmisi olan "Murovdağ" bu tarixi keçidlə Azərbaycanın dənizçilik sahəsindəki mövqeyini daha da möhkəmləndirir və qlobal yükdaşımalarda iştirakını genişləndirir.
Dırnaq yemək vərdişi bir çox insanlar üçün adi hal hesab olunsa da, müt
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Daxili İşl�
Ukraynaya məxsus pilotsuz uçan aparat bazar ertəsi Xəzər dənizi üzərind�
Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərind�
Artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib. Yeni sosial pa
Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Egey dənizində fevralın 1-dən 3-dək ən kiçiyi 1.3 bal, ən böyüyü 4.8
Amerikalı qadın bir müğənni Maddona üçün etdiyi döyməsinin sayına gö
Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit fa
Nazirlər Kabinetinin üç qərarı ləğv edilib.
Kanadanın xarici işlər naziri Melani Joli yenidən erməni lobbisinin ruporu
Hər kəs həmişə şansa ehtiyac duyur, amma çətin dövrümüzdə onsuz nəs
Bakıda oteldə Türkiyə vətəndaşının meyiti aşkarlanıb.