Kredit faizləri ilə bağlı VACİB AÇIQLAMA


Digərləri 03 Fev 2025 11:30:00 50 0

Kredit faizləri ilə bağlı VACİB AÇIQLAMA

Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizləri ilə bağlıdır. Son illər kredit faizlərinin aşağı düşəcəyi gözləntiləri olsa da, əksinə kredit faizlərində artımlar qeydə alınmaqdadır. Monitorinqlər göstərir ki, banklarda, xüsusən də sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində hiss edilən artımlar var. Kredit faizlərindəki artımı Mərkəzi Bankın rəsmi göstəriciləri də təsdiq edir.   Son.az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov kredit faizlərinin yüksəlməsinin səbəbləri ilə bağlı öz fikirlərini bölüşüb.   O bildirib ki, Mərkəzi Bankın məlumatına görə, banklar 2023-cü ilin yanvarına 19 milyard 594 milyon manat kredit portfeli ilə daxil olublar: "O zaman Mərkəzi Bank ölkə üzrə orta kredit faizinin 12.27 faiz olduğunu açıqlayıb. 1 il sonra Mərkəzi Bank ölkə üzrə kredit portfelinin 23 milyard 182 milyon manat olduğunu, faiz dərəcəsinin isə cüzi olsa da artaraq 12.58 faizə çatdığını bəyan edib. Nəhayət, bu il yanvarın 1-ə olan məlumata görə, kredit portfeli 27 milyard 477 milyon manata çatsa da, kredit faizləri də yüksələrək 13.19 faiz olub".   V.bayramov vurğulayıb ki, göründüyü kimi, son 2 ildə ölkə üzrə orta kredit faizi 12.27 faizdən 13.19 faizədək yüksəlib: "Nəzərə almaq lazımdır ki, ölkə üzrə orta kredit faizlərinə ipoteka və real sektordakı digər güzəştli kreditlər üzrə faizlər təsir göstərir. Reallıqda isə, istehlak kreditləri üzrə faizlər ölkə üzrə orta faizdən xeyili yüksəkdir".   Deputat qeyd edib ki, kredit faizlərinin yüksəlməsi daha çox bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə əlaqədardır: "Son bir ildə sistem əhəmiyyətli banklarda depozit faizlərinin yüksəlməsi bankların bahalı vəsaitlər cəlb etməsinə səbəb olub. Bu eyni zamanda kredit faizlərinə də təsirsiz ötüşməyib. Kapital bazarındakı faiz dərəcələri də kredit faizlərinə təsir edən faktorlardandır. Bu kontekstdən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə yanaşı, bankların daha ucuz resurslara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki, kredit faizlərinin yüksəlməsi əhalinin daha bahalı borclanması ilə yanaşı, real sektorda da izafi xərcləri artırır".

Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi like
  • 03 Fev 11:22  
Siyasət Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi

Kanadanın xarici işlər naziri Melani Joli yenidən erməni lobbisinin ruporu

arrow Ətraflı
Günün ən xoşbəxt bürcü hansıdır? like
  • 03 Fev 11:18  
Digərləri Günün ən xoşbəxt bürcü hansıdır?

Hər kəs həmişə şansa ehtiyac duyur, amma çətin dövrümüzdə onsuz nəs

arrow Ətraflı
Bakıda oteldə Türkiyə vətəndaşının meyiti tapıldı like
  • 03 Fev 11:10  
Digərləri Bakıda oteldə Türkiyə vətəndaşının meyiti tapıldı

Bakıda oteldə Türkiyə vətəndaşının meyiti aşkarlanıb.

arrow Ətraflı
Nazirlik şadlıq sarayı və restoran sahiblərinə müraciət etdi like
  • 03 Fev 11:04  
Digərləri Nazirlik şadlıq sarayı və restoran sahiblərinə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi şadlıq sarayı və restoran sahiblərinə mürac

arrow Ətraflı
Belçika Bakıya baxanda niyə kar və kor olur? like
  • 03 Fev 10:58  
Siyasət Belçika Bakıya baxanda niyə kar və kor olur?

2025-ci il yanvarın 31-də Belçika siyasi səhnəsində simvolik bir dönüş

arrow Ətraflı
Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ like
  • 03 Fev 10:46  
Digərləri Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

arrow Ətraflı
Məktəblilər niyə öz sirlərini çatbotlara etibar edirlər? like
  • 03 Fev 10:38  
Digərləri Məktəblilər niyə öz sirlərini çatbotlara etibar edirlər?

Danimarkanın Orhus Universitetinin alimləri orta məktəb şagirdlərinin hans

arrow Ətraflı
Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirildi  Əməliyyat GÖRÜNTÜLƏRİ like
  • 03 Fev 10:31  
Digərləri Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirildi Əməliyyat GÖRÜNTÜLƏRİ

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə �

arrow Ətraflı
“Faytonçu Nazim”in like
  • 03 Fev 10:30  
Şou-biznes “Faytonçu Nazim”in

Müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib və xəstəxanaya

arrow Ətraflı
Azərbaycanda banklar kredit faizlərini niyə artırıb? like
  • 03 Fev 10:17  
Digərləri Azərbaycanda banklar kredit faizlərini niyə artırıb?

Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit fa

arrow Ətraflı
Murad tamaşa zamanı xəsarət aldı  VİDEO like
  • 03 Fev 10:05  
Şou-biznes Murad tamaşa zamanı xəsarət aldı VİDEO

Aktyor Murad İsmayılın başına iş gəlib.

arrow Ətraflı
Tələbə ürəktutmadan öldü  FOTO like
  • 03 Fev 10:00  
Digərləri Tələbə ürəktutmadan öldü FOTO

Azərbaycanda tələbə vəfat edib.

arrow Ətraflı
Ailəsi ilə istirahətə getmişdi, faciəvi şəkildə öldü like
  • 03 Fev 09:50  
Digərləri Ailəsi ilə istirahətə getmişdi, faciəvi şəkildə öldü

Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadis�

arrow Ətraflı
Eldəniz Səlimov azadlığa çıxdı like
  • 03 Fev 09:45  
Digərləri Eldəniz Səlimov azadlığa çıxdı

Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.

arrow Ətraflı