Yeni sosial paket hansı vətəndaşları əhatə edəcək? Deputat AÇIQLADI


Digərləri 03 Fev 2025 11:50:00 72 0

Yeni sosial paket hansı vətəndaşları əhatə edəcək?  Deputat AÇIQLADI

Artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib. Yeni sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək.

Son.az xəbər verir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Vüqar Bayramov deyib.

Deputat təəssüflə qeyd edib, bir sıra marjinal siyasi qruplar hətta sosial islahatlara belə kölgə salmağa çalışırlar:

"Bir sıra vacib göstəricilərə diqqət ayıraq: yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,5 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Prezident İlham Əliyevin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır".

Vüqar Bayramov bildirib ki, fevraldan etibarən minimum pensiya məbləği 14.3 % artırılaraq 320 manata çatdırılıb.

"Bu orta və median pensiya məbləğlərində artımlara xüsusi töhvə verəcək. Sosial paket yalnız maaş və pensiya deyil eləcə də social müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlar ilə bağlı da qərarlar veriləcək. Prezident İlham Əliyev tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq", - deyə millət vəkili əlavə edib.

"Nimesil" Azərbaycanda qadağan ediləcək?  RƏSMİ like
  • 03 Fev 11:47  
Digərləri "Nimesil" Azərbaycanda qadağan ediləcək? RƏSMİ

Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də

arrow Ətraflı
Azərbaycan XİN Pakistana başsağlığı verdi like
  • 03 Fev 11:43  
Siyasət Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

arrow Ətraflı
Egey dənizində son 48 saat ərzində 200dən çox zəlzələ baş verib like
  • 03 Fev 11:41  
Dünya Egey dənizində son 48 saat ərzində 200dən çox zəlzələ baş verib

Egey dənizində fevralın 1-dən 3-dək ən kiçiyi 1.3 bal, ən böyüyü 4.8

arrow Ətraflı
Maddonaya görə etdiyi döymələrlə rekordlar kitabına düşdü like
  • 03 Fev 11:37  
Digərləri Maddonaya görə etdiyi döymələrlə rekordlar kitabına düşdü

Amerikalı qadın bir müğənni Maddona üçün etdiyi döyməsinin sayına gö

arrow Ətraflı
Kredit faizləri ilə bağlı VACİB AÇIQLAMA like
  • 03 Fev 11:30  
Digərləri Kredit faizləri ilə bağlı VACİB AÇIQLAMA

Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit fa

arrow Ətraflı
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi like
  • 03 Fev 11:22  
Siyasət Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi

Kanadanın xarici işlər naziri Melani Joli yenidən erməni lobbisinin ruporu

arrow Ətraflı
Günün ən xoşbəxt bürcü hansıdır? like
  • 03 Fev 11:18  
Digərləri Günün ən xoşbəxt bürcü hansıdır?

Hər kəs həmişə şansa ehtiyac duyur, amma çətin dövrümüzdə onsuz nəs

arrow Ətraflı
Bakıda oteldə Türkiyə vətəndaşının meyiti tapıldı like
  • 03 Fev 11:10  
Digərləri Bakıda oteldə Türkiyə vətəndaşının meyiti tapıldı

Bakıda oteldə Türkiyə vətəndaşının meyiti aşkarlanıb.

arrow Ətraflı
Nazirlik şadlıq sarayı və restoran sahiblərinə müraciət etdi like
  • 03 Fev 11:04  
Digərləri Nazirlik şadlıq sarayı və restoran sahiblərinə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi şadlıq sarayı və restoran sahiblərinə mürac

arrow Ətraflı
Belçika Bakıya baxanda niyə kar və kor olur? like
  • 03 Fev 10:58  
Siyasət Belçika Bakıya baxanda niyə kar və kor olur?

2025-ci il yanvarın 31-də Belçika siyasi səhnəsində simvolik bir dönüş

arrow Ətraflı
Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ like
  • 03 Fev 10:46  
Digərləri Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

arrow Ətraflı
Məktəblilər niyə öz sirlərini çatbotlara etibar edirlər? like
  • 03 Fev 10:38  
Digərləri Məktəblilər niyə öz sirlərini çatbotlara etibar edirlər?

Danimarkanın Orhus Universitetinin alimləri orta məktəb şagirdlərinin hans

arrow Ətraflı
Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirildi  Əməliyyat GÖRÜNTÜLƏRİ like
  • 03 Fev 10:31  
Digərləri Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirildi Əməliyyat GÖRÜNTÜLƏRİ

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə �

arrow Ətraflı