Əməliyyatda canlı yayım açan tibbi personal cəzalandırıldı
Digərləri 28 Yan 2025 14:05:00 81 0
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı Tiktok platformasında canlı yayın açması ilə bağlı görüntülərə münasibət bildirib.
Bu xəbəri də oxu: Salyanda ağır qəza 4 nəfər öldü, biri vəzifəli şəxsdir
Son.az xəbər verir ki, qurumdan oxu.az-a verilən açıqlamada AEM əməkdaşları tərəfindən cərrahların əməliyyat zamanı sosial şəbəkə platformalarında canlı yayım açması ilə bağlı əhalinin həyat və sağlamlığına mühüm təhlükə yaranması faktına əsaslanan rəsmi müraciət daxil olduqda məsələni ətraflı araşdırdığı və qanunvericiliyin pozulması halları müəyyən edildikdə plandankənar yoxlama keçirildiyi bildirilib.
"Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət olunması şərtdir. Bu zaman tələbləri pozan şəxslər barəsində qanunvericiliklə müəyyən olunan qaydada inzibati xəta məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunur və cərimə nəzərdə tutulmaqla, aidiyyəti üzrə növbəti icraata göndərilir.
Son zamanlar mediada və sosial şəbəkə platformalarında yayılan faktlara gəldikdə, həmin faktlarla bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılıb və nəticə olaraq xəbərdarlıqlar və cərimələr tətbiq edilib", - məlumatda qeyd edilib.
Vurğulanıb ki, "ATM XƏTAİ" MMC-yə məxsus "Azər-Türk Med" klinikasında baş verən faktla əlaqədar AEM tərəfindən plandankənar yoxlama keçirilib:
"Bu zaman çəkilişdə iştirak edən tibb personalından, eləcə də müəssisənin rəhbərindən müvafiq izahatlar alınıb. Aidiyyəti üzrə çəkilişdə iştirak edən tibbi personaldan 3 nəfərə klinikanın rəhbərliyi tərəfindən töhmət verilib, rəhbərliyin özünə isə ciddi xəbərdarlıq olunub. Müəssisəyə baxış zamanı bir sıra digər nöqsanlar da aşkarlanaraq, aktlaşdırılıb".
Sabah ölkədə bələdiyyə seçkiləri keçiriləcəyi üçün bu gün bir sı
2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdə
Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas baş redaktor təyin olunub.
İşğaldan azad edilən ərazilərin bərpasına ötən il xərclənən vəsait
BluTV-nin fenomen serialı "Behzat Ç."fevralın 8-də Ankarada üçü
DiN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti
Azərbaycanda yeniyetmə qız falçının proqnozlarından sonra psixi xəstəli
HMPV - insan pnevmovirusu - öskürək, burun tutulması,zökəm, yüksək tempe
SEPAH Komandanı 27 yanvar 2025-ci il tarixində verdiyi açıqlamada İranın
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən meşə ya
Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi göz
İranın Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosropənah C�
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçiri
Bir sıra yerli media orqanlarında və sosial şəbəkələrdə Respublika Neyr
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Respublika Seysmoloji Xidmə